Azərbaycanlılar ən çox bu ölkənin vətəndaşları ilə ailə qururlar - SİYAHI

 

2019-cu ildə Azərbaycan vətəndaşlarının hansı ölkə vətəndaşları ilə ailə qurduqları məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə "report"un sorğusuna Ədliyyə Nazirliyindən cavab verilib. Bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşları (1 160 qadın, 1 110 isə kişi) ilə əcnəbilər və vətəndaşlığı olmayanlarla 2 270 nikah bağlanıb, habelə 187 nikahın pozulması qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Azərbaycanda 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.

DİGƏR XƏBƏRLƏR

Top