Putin-Ərdoğan görüşməsindən ilk açıqlama – “Orada olduqlarını bilmirdik” - VİDEO


Rusiya prezidenti Vladimir Putinə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan arasında Suriya məsələsi müzakirə edilib.
Yeniavaz.com
xəbər verir ki, Rusiyada baş tutan görüşdə Putin Suriyada Türkiyə əsgərlərinin şəhid edilməsindən danışıb:
"Heç kəs Türkiyə əsgərlərinin orada olduğunu bilmirdi. Suriya ordusu isə ciddi itkilər verib. Bu hadisələrin bir daha təkrarlanmaması və Türkiyə-Rusiya münasibətlərinə zərər verməməsi üçün görüşmələrimizin davam etməsində fayda var".
Ərdoğan isə bildirib ki, Suriya barədə alınacaq yeni qərarlar bölgədə gərginliyi azaldacaqdır:
"Bilirəm ki, bu an bütün dünyanın gözü buradadır. Türkiyə-Rusiya münasibətlərinin zirvəyə çatdığı bir dövrü yaşayırıq. Suriya barədə alacağımız bütün qərarlar bölgədə gərginliyi azaldacaqdır".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top