Bazardan maşın aldı, iki saat sonra “motoru vurdu" - FOTOLAR


"Mart ayının 3-də Sumqayıt avtomobil bazarından "Wolksvagen Passat” markalı avtomobil aldım, iki saat sonra mühərriki dağıldı".
Bu sözləri Yeniavaz.com-a Akif Əsədov adlı vətəndaş bildirib. O iddia edir ki, Sumqayıt şəhər sakini Zakirov Nicat adlı vətədaş ona qarşı dələduzluq edib: "Mart ayının 3-də Sumqayıt şəhərindən Zakirov Nicat adlı vətəndaşdan avtomobil aldım. Avtomobili aldığım adama inanıb onun tanışının servisində yoxlatdırdım, heç bir problem çıxmadı. İlkin ödəniş kimi 6 min manat verdim, gəldik Xətai rayonunda da 7 min 500 manat lizinq yolu ilə ödəniş etdim. İki saat sonra maşının mühərriki sıradan çıxdı. Zəng vurdum maşın sahibinə boyun qaçırdı, deyir mənlik deyil. Servisə müraciət etmişəm, oradan da bildirdilər ki, komputer ancaq elektronika sistemini göstərir, mühərrik sistemi mexanika olduğu üçün onda olan problemləri bilmək olmur. Hal-hazırda avtomobil ustadadır, 4500 manata yaxın da xərci var".

Vətəndaşın şikayəti ilə bağlı vəkil Mübariz Yolçiyevə müraciət etdik. O Yeniavaz.com-a bildirdi ki, zərərçəkən vətəndaş ilk növbədə servisdən avtomobillə bağlı qüsur aktı almalıdı. Həmin akt əsasında məhkəməyə müraciət edib ya avtomobili qaytara, ya da dəyən zərərin ödənilməsini təmin edə bilər.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Zakirov Nicat adlı vətəndaşla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz oldu. Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top