İstanbuldan uçan təyyarədə koronavirus aşkar edildi


Türkiyədən Sinqapura uçan təyyarənin bir sərnişinində koronavirus aşkar edilib.
Yeniavaz.com
xarici KİV istinadən xəbər ki, ölkənin səhiyyə nazirliyi "Türk Hava Yolları" (THY) şirkətinin təyyarəsi ilə İstanbuldan Sinqapura gələn bir sərnişində koronavirus testinin müsbət çıxdığını açıqlayıb. Həmçinin qeyd olunub ki, koronavirus daşıyıcısı ilə eyni təyyarədə ölkəyə gələn bütün sərnişinlər karantin altına alınıb. Hava yollarının geriyə planlanan uçuşu da təxirə salınıb.
Qeyd edək ki, Sinqapurda bugünə kimi 110 nəfər koronavirusa yoluxub, ancaq ölüm halı qeydə alınmayıb. 
İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top