Yenicə ailə quran qadın “Net" içib özünü öldürmək istədi - Qaxda


Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.

Yeniavaz.com-un "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.

DİGƏR XƏBƏRLƏR

Top