Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri ötdü


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində Çindən kənarda koronavirusa 2 000-dən çox yeni yoluxma hadisəsini qeydə alıb.

Qeyd edilir ki, son gün ərzində Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 12 min nəfəri ötüb.

Təşkilatın rəsmi məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 76 ölkədə 12 668 nəfərə çatıb. Son 24 saat ərzində virusa 2 103 yeni yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə virusdan 214 nəfər ölüb.

Virus daha 4 ölkədə yayılıb. Bunlar Argentina, Çili, Polşa və Ukraynadır.

Təşkilatın son məlumatına görə, Çində koronavirusa yoluxanların sayı 80 422 nəfərdir. Virus 2 984 nəfərin həyatına son qoyub. Onlardan 38-i son gün ərzində ölüb. Dünyada bu virusa yoluxanların ümumi sayı 93 090 nəfərdir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 82 ölkə və regionu əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.//Report

DİGƏR XƏBƏRLƏR

Top