Çində koronavirus ilə əlaqədar 6 min 428 cinayət işi başlanılıb


Çində yeni tip koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar prokurorluq orqanları tərəfindən 6 min 428 cinayət işi başlanılıb.

AZƏRTAC Çin Ali Xalq Prokurorluğuna istinadla xəbər verir ki, 8 min 595 nəfər şübhəli şəxs qismində həmin cinayət işlərinə cəlb olunub. Onlardan 1826 nəfəri haqqında həbs qəti imkan tədbiri seçilməsi barədə qərar verilib.

Bildirilir ki, sözügedən cinayət işləri virusun yayılmasına qarşı qabaqlayıcı və nəzarət tədbirlərini pozmaq, dövlət qurumlarının işinə mane olmaq, saxta məhsullar istehsalı və satışı ilə bağlıdır. Bundan başqa, 605 cinayət işi vəhşi heyvanların ovlanması və satışı ilə əlaqədardır.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanan yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 80 mini ötüb. Bu virus səbəbindən ölənlərin sayı isə 2 min 984 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top