Yeni deputatlara vəsiqələrin veriləcəyi vaxt müəyyənləşib


Milli Məclisin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi vaxt məlum olub.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Milli Məclisin ilk iclasında deputat seçilmiş şəxslərə deputat vəsiqəsi veriləcək.

Deputat vəsiqəsini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilib.

Xatırladaq ki, V çağırış Milli Məclisin deputatlarına da deputat vəsiqəsi parlamentin ilk iclasında təqdim edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top