Azərbaycanın bu kəndində şagirdlər tövlədə dərs keçir? – VİDEO


Yardımlı rayonunun Qaraqaya kəndində şagirdlərin təhsil aldığı tövləni xatırladan məktəbin görüntülərini yayılıb.
Yeniavaz.com xəbər verir ki, “Meydan TV”də yayımlanan görüntülərdə, sözügedən tikilinin qarşısında inşası davam edən məktəb binası müşahidə olunur. İddia edilir ki, sözügedən məktəb binasının tikintisinə 2012-ci ildən başlanılıb və 1 milyon 600 min manat vəsait ayrılıb. Ancaq Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyev buraya ayrılan vəsaiti mənimsədiyi üçün kənddəki şagirdlər bərbad vəziyyətdəki tikilidə dərs keçməli olurlar.
Məsələ ilə bağlı Yardımlı rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsi və icra başçısının müavini Mahir Mirzəyevlə əlaqə saxlamağa çalışsaq da, bütün zənglərimiz cavabsız qaldı.
Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, sözügedən “məktəb”lə bağlı 2016-cı ildə bizimyol.info saytında xəbər dərc olunub və şəraitsizliyi gündəmə gətirilib. Həmin vaxt, məktəbin direktoru Sərvər Əliyev yeni məktəb binasının tikintisinin 2014-cü ilin may ayından başlandığını bildirib və qeyd edib ki, icra başçısı tikintinin 2017-ci ildə başa çatacağını söyləyib. Direktor həmçinin deyib ki, inşaatın bu qədər çəkməsinin səbəbini o da bilmir.

 

DİGƏR XƏBƏRLƏR

Top