Tanınmış idmançı Kamil Zeynallı ötən gün gözləri çıxarılan və cinsiyyət orqanı kəsilən itlə bağlı video paylaşıb.
Yeniavaz.com xəbər verir ki, o, itin görüntülərini sosial şəbəkədə paylaşaraq müalicəsini öz boynuna götürdüyünü bildirib:
"Nə deyim bilmirəm… Bu itdən narahat qalanlara deyim ki, narahat olmayın. İtin müalicəsini, əməliyyatını öz üzərimə götürdüm".
K.Zeynallı iti bu hala salan şəxsin kim olduğunu deyənə mükafat da vəd edib:
"Əgər kimsə görübsə, bilən varsa, mənə desə ona hədiyyə verəcəm. Pul mükafatı verəcəm həmin adama, and olsun Allaha! Təki mənə deyin ki, bunu kim edib".
Xatırladaq ki, ötən gün Azərbaycanda naməlum şəxs tərəfindən heyvana qarşı ağlasığmaz hərəkətlər edilib. İşgəncələrə məruz qalmış it Sabunçu rayonu Balaxanı qəsəbəsi yaxınlığında tapıləb. Heyvanın fotoları görənləri dəhşətə gətirib. Naməlum şəxs və ya şəxslər itin gözlərini çıxarıb, cinsiyyət orqanını kəsərək ona ağır işgəncələr veriblər.