Digər buraxılış imtahanları da təxirə salınacaq? – Nazirlikdən AÇIQLAMA


Nazirlər Kabinetinin yanında operativ qərargahın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etməsi haqqında xəbər vermişdik. Dövlət İmtahan Mərkəzi isə açıqlama verərək martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanının həmin gün baş tutmayacağını açıqladı. Maraqlıdır ki, dərs prosesi təxirə salındığı halda XI siniflər üzrə keçiriləcək buraxılış imtahanlarının tarixində hələ ki, heç bir dəyişiklik yoxdur. Yəni XI sinif şagirdləri, dərs prosesindən geri qalsalar da, bütün dərsləri əhatə edən buraxılış imtahanında iştirak etməli olacaqlar.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Cəsarət Valehov Yeniavaz.com-a açıalamasında bildirdi ki, bununla bağlı tədbir görüləcək:
“Onunla bağlı mən indi bir şey deyə bilməyəcəyəm. Müvafiq məlumat olarsa biz sizinlə bölüşəcəyik. Şübhəsiz ki, bununla bağlı tədbir görüləcək. Bununla əlaqədar mətbuata məlumat veriləcək”.
Qeyd edək ki, XI siniflər üzrə buraxılış imtahanları  5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top