SOCAR koronavirusa görə işçilərini evə buraxdı - "Evdən işləyəcəklər"


SOCAR şirkəti korona virusa görə işə gələn əməkdaşlarını bu gün evə buraxıb.

Yeniavaz.com xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bu məlumatı ENA.az-a təsdiqləyib:
“Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn ofis şəraitində xəstəliyə yoluxma riskini minimum azaltmaq məqsədi daşıyır. İşçilərə təklif olunub  ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. Skayp üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın.Virus yayılmış ölkələrdən gələn əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCARın hesabına müayinədən keçəcəklər”.
İ.Əhmədov onu da bildirib ki, əməkdaşlara virusun yayıldığı xarici ölkələrə getməmək tövsiyyə olunub. Bir sözlə ölkədə virusun yayılmasının qarşısını almaq üçün SOCAR ciddi tədbirlərə başlayıb.   

DİGƏR XƏBƏRLƏR

Top