Qaşıqçı cinayəti yenidən gündəmə gəldi - Gizli sənədlərin yayımlanması tələb edilir


ABŞ-lı siyasətçilər Türkiyədə öldürülən jurnalist Camal Qaşıqçı barədə gizlədilən məlumatların yayımlanmasını istəyiblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-lı senator Ron Vayden, siyasətçi Malinovski və Qaşıqçının nişanlısı Xədicə Cengiz ilə birgə Konqresdə mətbuat konfransı keçirilib. Vayden və Malinovski konfransda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin cinayət anına aid sənəd və digər məlumatları yayımlamağını istəyib. Onlar bildirib ki, cinayətin detallarının gizlədilməsində əsas məqsəd hadisə ilə əlaqəsi olan bəzi nüfuzlu şəxsləri qorumaqdır. Qeyd edək ki, Camal Qaşıqçı 2018-ci ilin oktyabr ayının 2-də Səudiyyə Ərəbistanın İstanbul Baş konsulluğuna daxil olub. Həmin gündən bu yana onun barəsində heç bir dəqiq məlumat yoxdur. Rəsmi şəkildə verilən xəbərlərdə onun konsulluqda öldürüldüyü və parçalanaraq xüsusi çantalarda Səudiyyə Ərəbistanına aparıldığı bildirilir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top