"BMW" loqosunu dəyişdi – FOTOLAR


Almaniyanın dünyaca məşhur avtomobil şirkəti “BMW” loqosunu dəyişib.
Yeniavaz.com xaricic KİV-ə istinadla xəbər verir ki, şirkət koronavirusa görə ləğv edilən Cenevrə Avomobil Sərgisində təqdim etməyi planlaşdırdığı hibrid modeli “i4 Concept”i canlı yayımda təqdim etdi. Diqqət çəkən məqam isə odur ki, “BMW” şirkəti yeni modeldə yeni loqodan istifadə edib.
“i3” və “i8”dən sonra hibrid avtomobilləri kateqoriyasına daha bir model əlavə edən “BMW” yeni loqonu daha şəffaf və 2 ölçülü dizayn edib. Beləliklə yeni modellərdə avtomobilin gövdəsini loqonun üzərindən də görmək mümkündür. Buna baxmayaraq yeni loqonun digər modellərdə nə zaman istifadə olunmağa başlayacağı hələ ki, bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top