Bu hadisə Şimali Koreya tarixində ilk dəfə yaşandı - "Nadzor" və qadın məhbus... - VİDEO


Şimali Koreyada həbsxana mühafizəçisi və qadın məhbus həbsdən qaçıb.
Yeniavaz.com "BBC"yə istinadla xəbər verir ki, Şimali Koreyada həbsxana mühafizəçisi məhbus qadına həbsdən qaçmağa kömək edib. Həmin həbsxana mühafizəçisi ilə qadın məhbus BBC-yə müsahibə veriblər.
"Nadzor" bildirib ki, bu hadisə barədə Şimali Koreya kimi ölkədə heç kəs düşünmək belə istəməzdi:
"Biz həmin qızla pəncərəyə yaxınlaşdıq, ətrafa baxdıqdan sonra tullanaraq həbsxananın həyətinə düşdük".
Həbsdən qaçan qadın isə həmin anları belə xatırlayır:
"Biz həbsxanadan çıxmaq istəyəndə həyəcan siqnalı işə düşdü. Bu vaxt mənim ürəyim az qalsın yerindən çıxacaqdı. İki yüz metr yaxınlıqda çay vardı. Biz çox çətinliklə həmin çayın ətrafına yaxınlaşa bildik. Çayı ehtiyyatla keçməli idik, əks halda bizi görüb tuta bilərdilər".
Qadını qaçırdan həbsxana mühafizəçisi bildirib ki, çaya yaxınlaşanda dərinliyini yoxlamağa çalışıb:
"İlk başda o qədər dərin olmasa da irəlilədikcə su mənim başıma qədər çatırdı. Qadın isə ümumiyyətlə üzə bilmirdi və boğulmağa başlayırdı. O ölüm təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Artıq mən də boğulmağa başlayırdım və dayanmadan çaydan çıxmağa çalışırdım. Birdən ayaqlarım torpaq hissəyə dəydi və mən həmin yerdən basaraq yuxarı qalxdım, nəfəs aldım. Qadını da özümlə bayıra çıxartdım, biz artıq xilas olmuşduq".
Həbsxana mühafizəçisi deyir ki, türmənin təcridxanasında müxtəlif cür cinayətkarlar saxlanırdı. Bu səbəbdən orada qalan istənilən şəxs təhlükə altında idi. Məhbus qadın isə bildirib ki, dəfələrlə özünü öldürmək barədə fikirləşib:
"Mən bu şəkildə qaçdıqdan sonra ən təəssüfləndiyim şey ailəmi bir daha görməyəcəyim oldu. Bu mənim qəlbimə toxunur".
Daha sonra jurnalist keçmiş "nadzor"dan peşman olub-olmadığını soruşub:
"Hazırda Şimali Koreyada səni axtarırlar qorxmursan?".
Oğlan isə belə cavab verib:
"Xeyr, əgər onlar məni öldürməyə gəlsələr mən onlardan qorxmayacağam. Mən ölümdən qorxmuram".
Məlumat üçün deyək ki, hər iki gənc hazırda ABŞ-da yaşayırlar və orada təhsil alırlar. Şimali Koreyadan ABŞ-a necə gedib çıxmaları barədə isə ətraflı məlumat verilməyib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top