Küveyt şeyxinin qızı erməni nənəsindən danışıb - FOTO


Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan İrəvanda Küveytin 14-cü əmirinin qızı Hissə Saad Əl-Abdullah Sabbahın qızını qəbul etdi.
Yeniavaz.com Ermənistan KİV-lərinə istinadən bildirir ki, görüş zamanı Küveyt əmirinin qızı erməni əsilli nənəsindən danışıb.
Hissə Saad Əl-Abdullah Sabbah bildirib ki, nənəsi Elizabet 1915-ci ildə Türkiyədən indi Suriya ərazisində yerləşən Deyr əz-Zor şəhərinə köçüb və burada Küveytin gələcək əmiri ilə tanış olub.
Küveyt əmirinin qızı deyib ki, o hər dəfə Ermənistana böyük sevinç hissi ilə səfər edir. O, erməni əsilli nənəsinin onun həyatında böyük rol oynadığını qeyd edib. 
Məlumat üçün bildirək ki, Hissə Saad Əl-Abdullah Sabbah Küveytin və eləcə də ərəb ölkələrinin tanınmış qadın iş adamlarından biridir. O, həmçinin Ərəb İşadamları Şurası, Küveyt Könüllüləri Qadınlar Cəmiyyəti, Küveyt İşadamları Komitəsi, Ərəb Afrika Qadınlar Şurası, Qadın Məsələləri Komitəsi kimi qurumların rəhbəridir.

DİGƏR XƏBƏRLƏR

Top