Dünya Bankı 60-dan çox ölkəyə 12 milyard dollar ayırdı – Koronavirusa görə


Dünya Bankı ölümcül koronavirusun yayılması ilə mübarizə aparmaq üçün 12 milyard dollar maddi yardım paketi ayırdığını açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, maddi yardım paketi əsasən “COVİD-19” virusunun yayıldığı dünyanın 60-dan çox ölkəsinə, səhiyyə sistemlərini stimullaşdırmaq və epidemioloji nəzarəti gücləndirmək üçün ayrılacaq.
 “Biz, yeni tip koronavirus epidemiyası ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun olaraq tez və çevik çarələr, həmçinin təcili maliyyələşdirmə, siyasi tövsiyələr və texniki yardımlar üçün çalışırıq” – deyə, Dünya Bankından bildirilib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top