“Azərsu”nun içməli suya nə qədər xlor qatdığı bilindi - RƏSMİ


“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi "Old Line Trading Company" MMC şirkəti olub.
"Old Line Trading Company" MMC “Azərsu” ASC-yə 1380 ton maye xlor satacaq. Satılan maye xlorun ümumi dəyəri 1 milyon 888 min 944 manat təşkil edəcək. 1 ton maye xlorun qiyməti 1369 manat olacaq.
Qeyd edək ki, "Old Line Trading Company" MMC şirkətindən alacağı 1380 ton maye xloru əhaliyə verilən içməli suda istifadə edəcək.
Məlumat üçün, bildirək ki, "Old Line Trading Company" MMC 2016-cı ildə təsis olunub.  Nizamnamə kapitalı 2000 manat olan "Old Line Trading Company" MMC-nin qanuni təmsilçisi Quliyev Emil Fərhad oğludur.  Şirkətin hüquqi ünvanı Bakı şəhər, Nəsimi rayonu, M. Cəfərov, ev 10-da yerləşir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top