Azərbaycanda 12 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü


Yardımlı rayonunda yeniyetmə dərəyə yıxılaraq dünyasını dəyişib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, dünən 2008-ci il təvəllüdlü Gügavar kənd sakini Aris Mais oğlu Ağakişiyev ehtiyatsızlıqdan dərəyə yıxılıb. Çıxdığı qayanın üstündən aşan yeniyetmə baş və boynundan ağır yaralanıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yardımlı Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, bədbəxt hadisə A.Ağakişiyev heyvanları örüşdən gətirərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top