Bakıda gənclər həyatlarını belə təhlükəyə atdılar - ANBAAN VİDEO


Bakıda üç gənc avtomobil yolunda hərəkət edərək, digər sürücülərə təhlükəli anlar yaşadıb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, ssenari əsasında qurulmuş aksion səhnəsini xatırladan bu görüntülər paytaxtın Tbilisi prospektində qeydə alınıb.
Ayaqlarında rolik olan iki gənc motosikletdən yapışaraq, sürətlə avtomobillərin arasından keçərək, nəqliyyat vasitələrinə təhlüləki anlar yaşadıb.
Bu azmış kimi, ekstrimi sevən gənclər hətta ötmə, həmçinin, sağa-sola dönmə, manevr etmə hərəkətlərini yerinə yetiriblər.
Bu hərəkətləri ilə öz həyatları ilə yanaşı, digərlərinin də həyatını təhlükəyə atan bu şəxsləri müvafiq cəza gözləyir.
Hazırda Bakı Şəhər Yol Polisi İdarəsi faktla bağlı müfaviq araşdırma aparır.
Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbir görülür.

DİGƏR XƏBƏRLƏR

Top