
ABŞ-ın müdafiə korporasiyası “Lockheed Martin” rəsmi materiallarında Türkiyəni beşinci nəsil “F-35 Lightning II” bombardmançı qırıcıların yaradılması proqramından kənarlaşdırıb.
Müvafiq məlumatlar “Lockheed Martin” tərəfindən yayımlanan proqramın rəsmi infoqrafiyasında yer alıb.
Fevralın 3-dən əvvəlki infoqrafiyada “F-35” proqramının yaradıcıları və iştirakçı ölkələrinin siyahısında Türkiyənin də adı var idi və 100 ədəd “F-35A” sifariş verəcəyi təxmin edilirdi.
Sənədin hazırkı versiyasında “F-35” proqramına qoşulan ölkələr arasında Türkiyə haqqında heç bir söz yoxdur.
Türkiyənin həmin layihədən tamamilə çıxarılması barədə bu günədək nə Pentaqon, nə də “Lockheed Martin” rəsmi açıqlama verib.//APA