İranda 54 min məhbus azaldığa buraxıldı - Koronavirusa görə


İranda 54.000-dən çox məhbus koronavirusun yayılmasına qarşı qabaqlayıcı tədbir kimi müvəqqəti olaraq sərbəst buraxılıb.
Yeniavaz.com İran mətbuatına istinadla xəbər verir ki, bunu ölkənin məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn İsmaili elan edib. Bu qərar, bir qrup fəalın həbsxanalarda koronavirusun yayılması ilə bağlı etirazından sonra alınıb. Bildirilib ki, qərar müvəqqəti xarakterlidir və təhlükə aradan qalxanda məhbuslar həbsxanalara qaytarılacaqlar.
Qeyd edək ki, İran rəsmiləri tərəfindən açıqlanan rəqəmlərə əsasən ölkədə bu virusdan dünyasını dəyişənlərin sayı 66 nəfərdir. Son məlumatlara görə isə 1501 nəfər bu virusa yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top