Paşinyanın qızı “pasport” paylaşdı: Azərbaycan əraziləri… - FOTOFAKT


Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan aprel ayının 5-də bu ölkədə keçiriləcək referendum üçün hazırlanan təşviqat materialını sosial şəbəkə hesabında paylaşıb.
Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyanın qızı tərəfindən paylaşılan və “Qürurlu vətəndaş pasporu” olarak adlandırılan təşviqat materialında Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Azərbaycandan ayrı göstərilib.
6 aprel referendumundan əvvəl Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidardakı “Mənim addımım” partiyası tərəfindən həyata keçirilən  “Bəli” kampaniyasının təşviqat materialının üz qabığında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Azərbaycandan ayrı və Ermənistan xəritəsinin rəngində təqdim edilib.
Qeyd edək ki, bugünə kimi Ermənistan rəhbərliyi Azərbaycan ərazilərini işğal etdiklərini inkar etməyə çalışıblar. Daha əvvəl Ermənistanın rəsmi qurumları və rəsmi şəxsləri tərəfindən hazırlanan sənədlərdə  Azərbaycanın işğal altında olan ərazilərin heç vaxt  Ermənistan ərazisi kimi göstərilməyib. Dağlıq Qarabağ bölgəsi ona bitişik ətraf rayonlar BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınıb və bunu quruma üzv olan digər dövlətlər kimi Ermənistan da rəsmən qəbul edib.
Nikol Paşinyan və Ermənistanın əvvəlki rəhbərliyi Azərbaycan ərazilərinin işğalını yerli erməni əhalinin “azadlıq mübarizəsi” kimi təqdim etməyə çalışıblar. Hazırlanan qeyri-rəsmi xəritələrdə Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Azərbaycandan ayrı göstərilsə də Ermənistanın tərkib hissəsi kimi təqdim olunmayıb.  Lakin, Nikol Paşinyanın rəhbərlik etdiyi “Bəli” kampaniyasının təşviqat materialının üz qabığnda yer alan xəritə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunun etirafıdır.
Məlumat üçün onu da bildirək ki, aprelin 5-də keçiriləcək referendum zamanı Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və məhkəmənin daha 6 üzvünün səlahiyyətlərinin dayandırılması məsələsi səsverməyə çıxarılacaq. Referendumla bağlı kampaniya fevralın 17-də başlayıb və aprelin 3-dək davam edəcək. Paşinyan və onun tərəfdarları “Bəli”, Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət  qüvvələri isə “Yox” kampanyasına başlayıblar.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top