Suriyalıların 80 il əvvəl müharibədən qaçan avropalılara yardım etdiyi görüntülər yayılıb – TARİXİ FOTOLAR


İkinci Dünya Müharibəsi vaxtında savaşdan qaçan miqrantların Suriya, Misir və Fələstində yerləşdirildiyi görüntülər ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Suriyadakı müharibədən qaçan miqrantları ölümə tərk edən, ölkələrinə buraxmayan, yardım etməyən Avropa təxminən 80 il əvvəl müharibə səbəbi ilə bənzəri hadisələrlə qarşı-qarşıya qalmışdılar. 1939-1945-ci illərdə, İkinci Dünya Müharibəsi vaxtı müharibədən qaçan 60 milyon avropalı Suriya, Misir və Fələstində yerləşdirilmişdilər. Həmin günlərdə suriyalılar evlərini, yeməklərini avroplılarla paylaşdılar. Həmin dövrə aid fotolarda suriyalıların avropalılara qarşı insani rəftarlarları, onlara xoş münasibətləri əks olunub. Həmin şəkillərdə fransız, polyak, belçikalı, yunan miqrantların ərəb ölkələrində sığındıqları görülür. Ancaq bu gün Suriyadakı müharibədən məcburi şəkildə qaçan miqrantlara heç bir Avropa ölkəsi qapılarını açmır. Hətta sərhəddə yaxınlaşan suriyalılar qəddarca döyülür, öldürülür. Bir vaxtlar müharibə səbəbilə Avropa ölkələrindən qaçan insanların Suriyada gördüyü rəftar və bu gün suriyalı miqrantlara avropalıların münasibətini əks etdirən fotoları təqdim edirik:

Suriyalı qadın, avropalı miqrant uşaqlara paltar və yemək verərkən (1939-1945-ci illər)

Avropalılar müharibədən qaçıb, ərəb ölkələrinə gedərkən (1939-1945-ci illər)

Avropalı miqrantlar ərəb ölkələrində (1939-1945-ci illər)


80 il sonra...Müharibədən qaçan suriyalılar avropaya keçmək istəyərkən

Müharibədən qaçıb Avropaya keçmək istəyən suriyalılar sərhəddə döyülür





Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top