S-400, yoxsa “Patriot”: Hansı daha güclüdür? - MÜQAYİSƏ


Son günlər Türkiyə ilə Rusiya arasındakı münasibətlər yenidən gərginləşməyə başlayıb. Suriyada 34 Türkiyə əsgərinin öldürülməsindən sonra bu ölkənin Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemləri yenidən gündəmə gətirilib.
Yeniavaz.com xəbər verir ki, ötən il Türkiyə əsas hərbi müttəfiqi olan ABŞ-ın təklif etdiyi “Patriot” HHM-lərdən imtina edərək Rusiya istehsalı olan S-400 HHM-lərini almağa üstünlük verdi.
Lakin, ötən həftə Suriya ərazisində Rusiya təyyarələri tərəfindən Türkiyə hərbçilərinə qarşı olan hava hücumundan sonra mətbuatda Türkiyənin S-400 alması tənqid olunmağa başlayıb. S-400, yoxsa “Patriot” mövzusu yenidən Türkiyə mətbuatının gündəminə çevrilib.
Mövzunun aktuallığını nəzərə alaraq S-400 və “Patriot”un əsas texniki göstəricilərini təqdim edirik:
  S-400 “Patriot”
Növü Uzun və orta mənzilli zenit raket sistemi Uzun mənzilli zenit raket sistemi
İstifadəyə verilib 2007-ci il 1982-ci il
Ağırlığı 1900 kq 900 kq
Uzunluğu 7,5 m 5,31 m
Hədəfi aşkarlama məsafəsi 600 km 150 km
Hədəfi aşkarlama müddəti 10 saniyə 8-10 saniyə
Vurulan hədəfin maksimal sürəti 4800 m/s 2500 m/s
Hədəfi vurma məsafəsi 60-150 km 45-150 km
Hədəfi vurma hündürlüyü 27 km-ə qədər 25 km-ə qədər
Eyni anda atəş açma 36 atəş 8 atəş
Təxmini qiyməti 500 milyon dollar 2 milyard dollar
İstifadəçi ölkələr Rusiya, Çin, Belarus, Türkiyə, Hindistan ABŞ, Almaniya, Yunanıstan, İordaniya, İspaniya, Küveyt, Hollandiya, Yaponiya, Misir,  Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ,
 

DİGƏR XƏBƏRLƏR

Top