Gəncə Beynəlxalq Hava Limanı koronavirusa görə gücləndirilmiş iş rejiminə keçdi - FOTO


Koronavirusla əlaqədar Gəncə Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib.

Yeniavaz.com baku.ws-ə istindala xəbər verir ki, aparılan tədbirlər çərçivəsində sərhəd gömrük keçid məntəqəsində Gəncə şəhərinə gələn bütün sərnişinlər yoxlanılır.

Sərnişinlər "termo vizir", yəni termal kameralar vaisətəsi ilə yoxlanılır.

Bundan əlavə hərarətin yoxlanılması üçün əlavə tibbi cihazlardan istifadə edilir.

Hava limanında çalışanlar, eləcə də sərnişinlərin əksəriyyəti qoruyucu maskalar taxıb.

Hərarəti olan şəxslər birbaşa Hava Limanından Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Gəncə Yolxucu Xəstəliklər Xəstəxanasına aparılıb.

Bu günə kimi sözügedən virus aşkar olunmayıb.

Bəzi hərarəti olan şəxslər müəyyən edilib ki, həmin şəxslər də müayinədən sonra evə buraxılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top