Türk ordusu daha bir Suriya təyyarəsini vurdu


Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminə məxsus L-39 tipli reaktiv hərbi təlim təyyarəsi vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya mətbuatında xəbər yayılıb. Bildirilib ki, təyyarə Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Bir müddətdən sonra Türkiyənin Müdafiə Nazirliyi də xəbəri təsdiqləyib.
Qeyd edək ki, İdlibdə Bəşər Əsəd rejiminin 34 türk əsgərini şəhid etməsi ilə, Türkiyə sözügedən ərazidə “Bahar qalxanı” adlı hərbi əməliyyata başlayıb. Mart ayının 1-də başlayan əməliyyat zamanı türk ordusu Suriya ordusuna məxsus iki ədəd Su-24 tipli qırıcı təyyarəni zərərsizləşdirmişdi.
Prezident Rəcəb Tayyib Ərdoğan bölgədəki gərginliyi azaltmaq üçün mart ayının 5-də Vladimir Putin ilə görüşmək üzrə Moskvaya səfər edəcək.

DİGƏR XƏBƏRLƏR

Top