Mingəçevirdə yolxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə dərmanlama işləri həyata keçirilir.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir Dezinfeksiya stansiyası, Şəhər İcra Hakimiyyəti ,Mingəçevir Gigiyena və Epidemiologiya(GEM) Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi(AQTA) Regional bölməsinin əməkdaşları yolxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə dezinfeksiya işlərinə başlayıb. Mingəçevir GEM –in müdiri Validə Məmmədovanın məlumatına görə, mart ayının 2-dən Mingəçevirdəki uşaq baxçalarında və orta məktəblərdə dezinfeksiya işləri həyata keçirilir. Bu gün də bu işlərin davamı olaraq digər uşaq müəssisələrində dərmanlama işləri görülüb. Validə Məmmədova onu da vurğulayıb ki, müqavilə əsasında şəhərdə Nəqliyyat Depertamenti ilə şadlıq saraylarının rəhbərləri ilə və digər müəssisələrlə danışıqlar aparılıb. Yaxın günlərdə bu obyektlərdə də dezinfeksiya işləri başlayacaq.
Esmira Hidayətova, Mingəçevir