“Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq”.
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanacaq təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.
Nazir müavini əməkhaqlarının neçə faiz artacağı ilə bağlı araşdırmalar aparılacağını deyib.