ÜST: "Virus sürətlə yayılır, daha çox bu ölkələr üçün narahatıq"


“Dünya bugünə qədər koronavirus xəstəliyində görünməmiş hadisə ilə üz-üzə qalıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrənin Cenevrə şəhərində təşkil edilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünya bugünə qədər belə sürətlə yayılan hər hansı bir xəstəliklə qarşılaşmayıb:
“Kovid-19 qeyri-adi xüsusiyyətlərə sahib, bənzəri olmayan bir virusdur. Onu yalnız düzgün aparılan tədbirlər ilə idarə edə etmək mümkündür. Virusun sürətlə yayılması, dünyanı hal-hazırda "naməlum bir əraziyə" çevirib”. 
Dünya daxilində, Çindən başqa 61 ölkədə 8 min 739 yoluxma halının qeydə alındığını və onlardan 127 nəfərin öldüyünü deyən Qebreyesus, son 24 saat ərzində Çindən 9 qat daha çox koronavirus epidemiyası olduğunu vurğulayıb.
“Cəmi səkkiz ölkə son iki həftə ərzində yeni yoluxma halı qeydə almadan, virusu nəzarətdə saxlaya bilib. Bizim ən çox narahat olduğumuz ölələr isə Cənubi Koreya, İtaliya, İran və Yaponiyadır. Həmin ölkələrdə virus sürətlə yayılır” – deyə, Qebreyesus vurğulayıb.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top