Ərdoğandan Rusiya və İrana müraciət: "Sizinlə heç bir problemimiz yoxdur"


“Rusiya və İrana yenidən səslənirəm. Tükiyənin Suriyada sizinlə heç bir problemi yoxdur”.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı açıqlama verərkən deyib.
Onun sözlərinə görə, Türkiyə bugünə qədər Rusiya və İranı hədəf almayıb, sadəcə əsgərlərimizin qanını tökən rejimin qarşısını alır.
“Türkiyə hərəkətlərində öz vəsaitlərinə və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə uzağı görməyən dairələrə göstərdi ki, təzyiqə boyun əyməyən böyük bir dövlətdir", - dövlət başçısı deyib.
Ərdoğan eyni zamanda qarşıdakı günlərdə baş verəcək hadisələrdə kimin dost, kimin düşmən olduğunu göstərəcəyini də vurğulayıb.
“Bahar qalxanı” əməliyyatının gedişini müzakirə edən Ərdoğan bildirib ki, Bəşşar Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri “yalnız başlanğıcdır”.

DİGƏR XƏBƏRLƏR

Top