
Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə APA-ya TƏBİB-dən bildirilib. 
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: "Ata, ana və digər uşağın vəziyyəi stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib".
***12:30
TƏBİB Qobustan rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi xəbərə görə, həmin şəxslərin analizləri laboratoriyaya təqdim edilib: "Həmin şəxslərin nədən zəhərləndikləri hələlik bilinmir. Analizlərin nəticələrini gözləyirik".

Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, şəhər sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                