Yunanıstana getmək istəyən suriyalı mühacirlər sərt müdaxiləyə məruz qaldı – VİDEO


Yunanıstana qayıq vasitəsilə keçmək istəyən suriyalı mühacirlər Yunanıstanın sahil mühafizəsi tərəfindən müdaxiləyə məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, mühafizə əməkdaşları mühacirlərin olduğu qayığın yanından sürətlə keçərək onu batırmağa çalışıblar. Daha sonra, yenidən qayığa yaxınlaşan yunanlar uzun çubuqlar vasitəsilə mühacirlərə zərbələr endiriblər. Bundan sonra havaya atəş açan mühafizə əməkdaşları sözügedən mühacirləri oradan uzaqlaşdırmağa çalışıb.
Qeyd edək ki, dənizdə çətin anlar yaşayan mühacirlər Türk Sahil Mühafizə Xidməti tərəfindən xilas edilib.
Hadisənin görüntüləri anbaan kamera vasitəsiylə qeydə alınıb.

Lalə Cəfərli
 

DİGƏR XƏBƏRLƏR

Top