Netanyahunun partiyası parlament seçkilərində qalib gəldi


İsrailin Baş naziri Binyamin Netanyahunun “Likud” partiyası bazar ertəsi Knessetə 23-cü seçkilərdə qalib gəlib.

Bu rəqəmlər İsrailin “12-ci Kanal”ının parlament seçkilərində keçirdiyi “exit poll”un nəticələrində qeyd edilib.

Bildirilir ki, partiya parlamentə 120 yerdən 37-ni qazanıb. “Likud”un əsas rəqibi, Baş Qərargahın keçmiş başçısı Beni Qanzın başçılıq etdiyi “Kahol-Lavan” mərkəzçi partiyalar bloku birpalatalı parlamentdəki 33 yerə sahib olub. //Report

DİGƏR XƏBƏRLƏR

Top