Məktəblərin bağlanması müəllimlərə də aiddir - RƏSMİ


"Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması təkcə şagirdlərə, tələbələrə deyil, eyni zamanda peqadoji kollektivə və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə aiddir".

Yeniavaz.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

C.Valehovun sözlərinə görə, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılıb və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu qərar mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrində qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top