Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO


Azərbaycanda koronavirusa görə xüsusi ayrılmış xəxtəxanalarda karantin zonaları yaradılıb.

Real TV-nin əməkdaşı belə xəstəxanalardan biri ilə tanış olmaq imkanı əldə edib.

Xəstəxananın baş direktoru Emin Hüseyn karantin zonasında koronavirus şübhəli xəstələr üçün yaradılmış şərait haqqında məlumat verib. O bildirib ki, xəstələr üçün ayrılmış stasionar şöbəyə giriş-çıxış tam məhdudlaşdırılıb.

E.Hüseyn deyib ki, karantin zonasında olan xəstələr yoluxma ehtimallı şəxslərlə təmasda olduqları üçün nəzarətdədirlər. Onlardan analizlər götürülüb, heç birinin virusa yoluxduğu təsdiqlənməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən onların 14 gün ərzində karantində olmaları vacibdir.

Karantində olan şəxslər də müsahibə verərək vəziyyətləri haqqında məlumat veriblər.

DİGƏR XƏBƏRLƏR

Top