Ermənistanın keçmiş müdafiə naziri mənimsəmədə ittiham olundu

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş nazirə qarşı bu ittihamı irəli sürüb. Onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib.

Qeyd olunub ki, o, nazir olduğu 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. Bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub.

Qeyd edək ki, Ohanyan 2008-2016-cı illərdə nazir olub. (apa)

DİGƏR XƏBƏRLƏR

Top