Türkiyədə qadın yanan binadan xilas edilib.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, Türkiyədə yanan binanın damına çıxan qadın çətinliklə xilas edilib. Belə ki, alovun hər tərəfə yayıldığını görən qadın binanın damından özünü atmaq istəyib. Bunu görən sakinlər aşağıda ədyal açaraq qadına kömək ediblər. 5-ci mərtəbədən tullanan qadın sakinlərin açdığı ədyalın üzərinə düşüb. Ağır yaralanmadan xilas edilən qadın təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Hadisə anbaan kameralar tərəfindən qeyd edilib.
Ruslan Yusibov