Avropaya keçmək istəyən suriyalı miqrantı boğazından güllələdilər – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropaya getmək istəyən suriyalılara mane olmayacaqlarını açıqlamasından sonra Yunanıstan sərhəddinə üz tutan mühaciri boğazından güllələdilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC əməkdaşı məlumat yaydıqdan sonra, Türkiyə səlahiyyətliləri də faktı təsdiqləyiblər. Hələbli olduğu bildirilən Əhməd Əbu Əmadın səhər saatlarında Yunanıstanın sərhəd xidmətinin əməkdaşları tərəfindən boğazından vurularaq öldürüldüyü açıqlanıb. BBC suriyalının meyitinin Türkiyəyə qaytarıldığını iddia edib.
Hadisə yerində lentə alınmış həvəskar kadrları təqdim edirik:
Qeyd: videoda sizi narahat edən kadrlar ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top