Putin: “Elə bir vəziyyət yaradırıq ki, heç kim...” - VİDEO


“Heç kimlə müharibə etmək niyyətində deyilik. Ancaq müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, heç kim bizimlə müharibə aparmaq fikrinə gəlməsin”.
Yeniavaz.com
  xəbər verir ki, bu barədə Rusiya Prezidenti “TASS” agentliyinin “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə bildirib.
Dövlət başçısı xatırladıb ki, Rusiya müdafiə büdcəsi baxımından dünyada ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdən geri qalaraq 7-ci yerdə qərarlaşıb.
“Bundan əlavə digər ölkələrin hərbi xərcləri get-gedə artır, bizimki isə ildən-ilə azalır. Biz elə hücum sistemləri yaratmışıq ki, onlardan dünyada heç kimdə yoxdur. İndi isə onlar bizi keçməyə çalışır” - deyə, V.Putin əlavə edib.
Putin həmçinin rus ordusunda müasir texnikanın payının 6%-dən 70%-ə qədər artdığını vurğulayıb.
Qeyd edək ki, burada Putin Rusiyanın hazırladığı qitələrarası hipersonik hücum sistemlərini nəzərdə tutur.


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top