Türkiyədə vəfat edən azərbaycanlı prokuror barədə yeni iddia – “Bir gün əvvəl müəmmalı şəkildə...”


Türkiyədə vəfat azərbaycanlı prokuror Emin Hüseynov barədə yeni iddialar ortaya atılıb.
Yeniavaz.com
hurriyet.com.tr-yə istinadla xəbər verir ki, 29 yaşında Türkiyədə idman edərkən dünyasını dəyişən prokuror Emin Hüseynov barədə yeni iddialar yayılıb. Belə ki, Eminin atası Bəybala Hüseynov oğlunun zəhərlənərək öldürüldüyünü iddia edib. O bildirib ki, oğlu Türkiyədə tibbi ekspertizadan keçirilmədən Azərbaycana göndərilib. Bəybala Hüseynovun sözlərinə görə, oğlu vəfat etməzdən bir gün əvvəl proqramda olmadığı halda turizm şirkəti tərəfindən yaxta ilə gəzintiyə aparılıb, zəhərlənmə də məhz həmin vaxtda baş verib. Hətta həmin turu təşkil edən şəxs və şirkətlərə dəfələrlə müraciət ünvanlasa da onlarla heç cür görüşə bilməyib. Zəhərlənmə iddiasına gəldikdə isə mərhumun qanında aparılan analiz bunu deməyə əsas verib. Eminin atası bildirib ki, bununla bağlı mütəxəssislərdən rəy alıb və qanda prokalsitonun artdığını, bunun da ancaq xaricdən qəbul edilən hər hansı maddə ilə mümkün olduğunu öyrənib. Hadisə ilə bağlı araşdırma aparan vəkillər həmçinin bir çox müəmmalı məqamların olduğunu irəli sürüblər. Onların sözlərinə görə, Emin öldükdən sonra mobil telefonu dənizə atılıb. Ancaq, bütün bu detallar barədə heç bir araşdırma aparılmayıb. Qeyd edək ki, Emin Hüseynov 2017-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyənin Antalya şəhərində istirahətdə ikən idman zalında idman edərkən vəfat edib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top