Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Rasim Namazov Şəki Şəhər-Rayon Polis Şöbəsini əməliyyat işləri üzrə rəis müavini təyin edilib. 

O, bundan əvvəl ŞRPŞ-də bölmə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vəzifəni polis mayoru Mahir Məhərrəmov yerinə yetirib. 

Bir neçə gün əvvəl o, Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

DİGƏR XƏBƏRLƏR

Top