Koronavirus havanın çirklənmə səviyyəsini aşağı salıb - FOTOLAR

NASA(National Aeronautics and Space Administration - Milli Aeronavtika və Kosmos İdarəsi) və Avropa Kosmik Agentliyi koronavirusun, havanın çirklənmə səviyyəsini aşağı saldığını müəyyən edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hava çirklənməsinin azalmasına koronavirusla bağlı iqtisadi yavaşlama səbəb olub. Belə ki, Çin hakimiyyəti xəstəliyin yayılmasını azaltmaq üçün Uhana və xaricə gedən nəqliyyat vasitələrinin, həmçinin yerli müəssisələrin fəaliyyətini məhdudlaşdırıb. Baş verənlər isə  Uhanda havanın çirklənmə səviyyəsini aşağı salıb. Peykdən çəkilən, koronvirusun yayılmasından öncə və sonrasını göstərən fotoşəkillər qeyd olunan faktı sübüt edib. Çəkilən fotoşəkillər azot dioksidi(NO2), yəni mühərrik olan nəqliyyat vasitələri, elektrik stansiyaları və sənaye obyektləri tərəfindən yayılan zəhərli qazları göstərir.

NASA alimlərinin fikrinə görə, hava çirklənməsi üzrə azalma faktı ilk dəfə Uhan yaxınlığında müşahidə olunsa da, sonra digər bölgələrə də qeydə alınıb.



Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top