Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar daha bir qərargah yaradıldı


Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bldirilib.

Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb: "İctimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib. 

Həmçinin, qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb". 

DİGƏR XƏBƏRLƏR

Top