Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

Yeniavaz.com AZAL-a istinadən xəbər verir ki, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib. 

DİGƏR XƏBƏRLƏR

Top