Konstitusiya Məhkəməsinin parlament seçkiləri ilə bağlı iclası mətbuata açıq keçiriləcək

Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərlə bağlı iclası mətbuata açıq keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a Konstitusiya Məhkəməsindən bildirilib.

Qeyd edək ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-i saat 10:00-a təyin edilib.

Xatırladaq ki, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top