"Sovetski"dən köçürülənlərə əlavə 32 milyon manat ödənilib - İcra başçısı


“Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə əlavə maddi yardım göstərilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında deyib.
E. Həsənov bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top