Goranboyda minik maşını qəzaya uğrayıb - xəsarət alan var

Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində "Mazda" markalı minik maşını Goran qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Yeniavaz.com xəbər verir ki, qəza nəticəsində avtomobildə sərnişin qismində olan, 1967-ci il təvəllüdlü Bakı sakini Quliyeva Şöhrət Rüfət qızı ağır xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomaşında olan digər şəxslər qəzadan yüngül xəsarətlərlə qurtulublar.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top