Çində koronavirusa yoluxanların sayı durmadan artır - SON RƏQƏMLƏR


Çində yeni növ koronavirus pnevmoniyasının qurbanlarının sayı sutka ərzində 42 nəfər artaraq ümumilikdə 2912 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.
Məlumata görə, Çində 80 mindən çox insan bu virusun daşıyıcısıdır.
Qeyd olunub ki, virusa yoluxanların 44 mindən çoxu sağalaraq xəstəxanaları tərk edib.
 

DİGƏR XƏBƏRLƏR

Top