Kürdəmirdə ağır yol qəzası: 2 ölü, 3 yaralı


Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

“Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. 

Qəza nəticəsində Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. //Report

DİGƏR XƏBƏRLƏR

Top